/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Verlişlər

100%


    Məktub yaz
    Toplanan səs: 5063
    Baxılıb: 0

Efir vaxtı:

Rejissor: Rövşən İsgəndərov
Aparıcı: Musəvi Günel

Bu verilişi təqdim etməkdə əsas məqsədim, tamaşıçıları bütün problemlərdən uzaqlaşdırmaq, onlara istirahət, əyləncə və musiqi ilə dolu anlar bəxş etməkdir. Güman ki, buna 100% nail oluram.

100% verilişində tamaşaçılar canlı efirdə, canlı ünsiyyət qura bilirlər, bu zaman hər 5103804 və 5103806 telefonlarına (pulsuz) zəng vuran tamaşaçı təqdim olunan 5 kliplərdən istədiyi klipi seçir, və bu seçim dərhal efirə səslənir. 100%-də təbriklər, salamlar, istəklər, etiraflar, bir sözlə mesajlar üçün xüsusi pullu nömrə var: 077-025. Bu nömrə ilə hər kəs kiməsə mesaj göndərə bilər və bu mesajları ekranlarının aşağısında qaçan sətirdə dərhal oxuya bilər.

Daha sonra verilişdə «SMS-qonaq yarışı» keçirilir. Həftə ərzində tamaşaçılar studiyaya gələ biləcək müğənni qonağa, xüsusi ayrılmış sms-nömrələrə 9-166 və 9-167 səs verə bilərlər. Həftə əvvəli tamaşaçıya 2 nəfər qonaq təqdim edilir və həftə içi ən çox sms etibarı ilə səs toplayan müğənni 5-ci gün 100%-in qonağı olur.

Aparıcı

Mən, Musəvi Günel, 1980-cı ildə 30 iyun tarixində Meymun ilinin Xərçəng bürgü altında anadan olmuşam. Bəlkə ona görə də meymun tək şən və xərçəng tək hər an dişləməyə hazıram. Təhsilimi tam şəkildə 2000-ci ildə başa vurmuşam. Hələ Elm və Təhsil ocağı olan «Təfəkkür» Universitetinin filologiya fakültəsində oxuduğum illərdə Şən və Hazırcavablar Klubunda aparıcı aktrisa kimi fəaliyyət göstərmişəm, həm də ingilis dili müəlliməsiyəm. O vaxtlar ŞHK-da iştirak edəndə məni «Bakılı oğlanlar» - «Parni iz Baku» komandasının solo-konsertlərində, daha doğrusu tamaşalarda iştirak etməyə dəvət etmişdilər. Və mən «Parni iz Baku» ilə 2 il kiçik, epizodik rollarda çıxış etmişdim. Yeri gəlmişkən, səhnəyə ilk gəlişim hələ məktəbdə oxuyarkən olmuşdu. Məktəbdə ən fəal şagird idim, daima iştirak etdiyim tamaşalarda baş rolları ifa edirdim.

Qayıdaq 2000-ci ilə. Məhz bu ildən mənim aparıcılıq fəaliyyətim başlandı. 2000-ci ildə mən 106FM radiosunda DJ-aparıcı kimi «Yuxudan oyan» verilişini apardım. 1 ildən sonra ABA telekanalında əvvəl «Qızıl onluq», daha sonra məni tanıtdıran, mənə populyarlıq gətirən «100%» verilişinin aparıcısı oldum. ABA bağlandı və mən Lider TV-dən dəvət aldım. Burada mən «Tezdən oyan» verilişini apardım. Sonra tezdən oyanmaqdan bezib qaçdım Space TV-yə. Orda «Çərçivə» verilişi apardım və yenə də bezdim, uçdum Amerikaya böyük qardaşımın yanına.

6 ay Amerikada yaşadıqdan sonra qayıtdım Ana Vətən torpağına, doğma Azərbaycana. 2 il qaldım işsiz. Və bu byük fasilədən sonra yenidən döndüm sevimli Lider TV-yə artıq sevimli və yadda qalan «100%» veriliş ilə. Bu gün bu veriliş yenə də baxılır, izlənilir və sevilir.

 REYTINQ  1  2  3  4  5  6  7  8  9  10 

VERİLİŞLƏR
ARXİV