/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Verlişlər

Teletaym


    Məktub yaz
    Toplanan səs: 3724
    Baxılıb: 0

Efir vaxtı:

İdeya müəllifi Əhməd Orucoğlu
Rejissor Vüqar Vəliyev
Aparıcı Azər Axşamr

Tamaşaçı zəng vurub 24 xanadan birini açdırır. Hər oyunçunun 3 xana açmaq şansı var. Xanada hədiyyə, bankrot, keçid, çaparaq xana, xana+, səssiz kadr, idman, sual və ya supersual ola bilər. Sualların üç cavab variantı verilir. Oyunçu düzgün cavabı tapsa hədiyyə qazanır. Supersualda isə cavab variantı olmur.

Oyunda 18 yaşından yuxarı hər bir şəxs iştirak edə bilər. Oyun çox sevildiyindən ölkəmizin bir çox rayonlarindan, hətta xaricdən belə zənglər edirlər.

"Teletaym" intellektual oyundur. Bu teleoyun özündə gözəl intellektual və əyləncəli xüsusiyyətləri daşıyır.

Oyunda iştirak etmək yalniz zəng vasitəsilə mümkündür. Bu zaman zəng edən şəxsə sual verilir. Suala düzgün cavab verənlərin arasında kompyuter üsulu ilə seçim aparılır.

Oyunda adi sualları fikirləşmək üçün 30 saniyə vaxt verilir. Oyunçular 3 şansını sınamayınca oyunu davam edirlər. Supersuala 1 dəqiqə vaxt verilir. Hədiyyə və bankrot çıxdığı halda oyunçu oyunu davam etdirə bilmir. Çaparaq xanasına düşən oyunçu 30 saniyə ərzində 3 asan suala cavab verməlidir. Keçid düşərsə oyun başqa oyunçuya keçir, amma bankrotdan fərqli olaraq oyunçu əvvəlki hədiyyələri itirmir. + işarəli xana düşərsə oyunçu cavabından asılı olmayaraq mütləq bəxtinə çıxan hədiyyəni qazanır. Səssiz kadr xanasını açmış oyunçu kinodan və ya tamaşadan bir parçanı səssiz izlədikdən sonra kadrda nə danışıldığını tapmalidir. Hər suala 3 köməkçi cavab verilir. Oyuncu bunlardan düz variantı seçərsə udmuş sayılır. Suallar müxtəlifdir. Oyunçunun biliyi və zəkası ona bu oyunda qalib çıxmağa kömək edir.

Oyunçular müxtəlif hədiyyələr qazanmaq şansına malikdirlər. Uduşlar da çox müxtəlifdir, vaxtaşırı dəyişir. Supersualda televizor, soyuducu kimi hədiyyələr qazanmaq olar.

 REYTINQ  1  2  3  4  5  6  7  8  9  10 

VERİLİŞLƏR
ARXİV