/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Verlişlər

Eviniz tikilsin


    Məktub yaz
    Toplanan səs: 2786
    Baxılıb: 0

Efir vaxtı:

“Eviniz Tikilsin”verilişi 2002-ci il iyunun 7-dən efirdədir. Layihənən yaranmasında məqsəd ölkəmizin tikinti- inşaat sektorunda, memarlıq- dizayn profilində baş verən yenilikləri çatdırmaq olub. Dörd ildən artıqdır ki, Eviniz Tikilsin bu məqsədi həyata keçirən ilk və hələki yeganə telelayihə olaraq qalır. Yarım saat ərzində tamaşaçı veriliş vasitəsilə paytaxtımızın tikinti- inşaat , memarlıq -dizayn sahəsində hansı yeniliklərin baş verdiyindən xəbərdar olur. Layihənin strukturuna aşağıdakı bölmələr daxildir: Şəhərimizdə surətlə inkişaf edən tikinti sektoruna aid son xəbərlər. Bu bölümdə paytaxtımızda inşa edilən yeni tipli yaşayış binaları haqqında məlumatlar çatdırılır. Daha sonra hər an dəyişən şəhərimizin “simasında”meydana çıxan problemlər misal üçün tıxaclar, aparılan tikintilərin ətraf ərazilərdə yaratdığı çətinliklər, qədimi, memarlıq baxımıdan dəyərli binaların taleyi və sair mövzular işıqlandırılır. Üçüncü bölüm interyer və eksteryer dizaynı, bir sözlə ev qurmaq sənətinə həsr olunub. Bu bölümdə tamaşaçı efir vasitəsilə şəhərimizdə təmir və dizayn sahəsində fəaliyyət göstərən şirkət, firma və qurumların təqdim etdikləri son yeniliklər, tendesiyalar, texnoloji xəbərlə tanış olur. Şəhərimizdə fəaliyyət göstərən salonların simasında, ev dizaynında rast gəlinən hər bir detalın təqdimatı bu bölümdə əks olunur. Və nəhayət sonuncu bölüm verilişin ana xəttini təşkil edir. Burada son illərin memarlıq və dizayn layihələri təqdim olunur. Memar və dizaynerlərlə sıx əməkdaşlıq edən Eviniz Tikilsin ictimai və fərdi interyerlərin ən son, maraqlı nümunələrini nümayiş etdirir. Bir sözlə Eviniz Tikilsin müasir şəhərimizin hər an dəyişən simasını və onun sakinlərinin zövqlə qurulan məişətini əks etdirən bir telelayihədir.

 REYTINQ  1  2  3  4  5  6  7  8  9  10 

VERİLİŞLƏR
ARXİV