/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Verlişlər

Lider Əsgər!


    Məktub yaz
    Toplanan səs: 26378
    Baxılıb: 1050

Efir vaxtı:

«Lider Əsgər!» verilişi 2007-ci ildə fəaliyyətə başlayıb. Veriliş gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə və Azərbaycanda gedən ordu quruculuğunun təbliğinə xidmət edir.

Verilişin müəllifi: Ədalət Əliyev
Efir: bazar günləri, 12:00, ayda 2 dəfə

Azərbaycan silahlı qüvvələri, burada xidmət edən zabit və əsgər heyətini, onların məişət şəraitini və fəaliyyətini xalqa çatdırmaq, Azərbaycanın bütün regionlarında, ön və arxa cəbhələrdə, ən strateji mövqelərdə olmaq, ən çətin şəraitdə qulluq edən əsgərin də səsini eşitdirmək, bütün çətinliklərinə baxmayaraq əsgərliyi sevdirmək,vətənə xidmət etmək və gənc nəslə vətənpərvərlik ruhunu aşılamaqdan ibarətdir.

Hər hansı bir hərbi hissə, onun şəxsi heyəti, onların gördükləri iş barədə düzgün və ətraflı məlumat verilir. Hərbi hissədə gedən təkmilləşmə işlərini işıqlandırmaq, o cümlədən milli atributlarımızı, tariximizi dönə-dönə yada salmaq və xalqa çatdırmaq məzmunun əsasını təşkil edir. Bundan başqa bayraq uğrunda canlarından keçən vətən oğullarından bəhs edən "Milli Qəhrəmanlar", "Şəhidlər Unudulmur", vaxtilə Azərbaycanın adını bütün dünyaya tanıtdıran sərkərdələrimiz, onların həyat faəliyyətindən bəhs edən "Azərbaycanlı Sərkərdələr", yeni hərbi texnika, onun funksiyasından danışan "Arsenal", "Bilmək Borcundur" kimi rubrikalar verlişin məzmununu əhatə edir.

Verilişin süjet xətti hər dəfə qoyulan mövzudan asılı olaraq dəyişir. Hərbi hissələrdə gedən tikinti, quruculuq və abadlıq işləri buraya xaricdən gələn hərbiçi qonaqlar, onların gəlişinin məqsədi, hərbi hissə daxili təlimlər, mərasimlər, tədbirlər və sairədən ibarətdir. Eyni zamanda veriliş boyu ardıcıl olaraq yuxarıda adları çəkilən rubrikalar tamaşaçılara təqdim olunur.

Aparıcı-rejissor:Emin Əhmədov
Doğum tarixi:01.05.1978.
Milliyəti:Azərbaycanlı.
Doğulduğu yer: Siyəzən
Ailə vəziyyəti:Ailəlidir.Bir övladı var.
Təhsili:Ali təhsillidir – Azərbaycan Texniki Universiteti,Ekologiya fakültəsini bitirib(1996-2000)
Özü haqqında qısa məlumat:Hər bir kişinin qanında hərbiçi,döyüşçü ruhu olmalıdır.Əlbəttə ki,normal kişilərdən söhbət gedir.Özüm Fizuli-Beyləqan istiqamətində Batareyanın Baş Zabiti vəzifəsində çalışmışam.Hal-hazırda ehtiyatda olan baş leytenantam.12 ildir ki,televiziya sahəsində işləyirəm. Demək olar ki,”Lider Media Holdinq”in yarandığı günlərindən fəaliyyət göstərirəm. Hobbisi:Ekstirimal mühütlə bağlı hər şey.

Redaktor: İmamqulu Şahsuvarov
Doğum tarixi: 23.05.1963.
Milliyəti:Azərbaycanlı.
Doğulduğu yer:Qubadlı
Ailə vəziyyəti:Ailəlidir.İki övladı var.
Təhsili: Ali təhsillidir- Bakı Dövlət Universitetinin,Jurnalistika fakultəsini bitirib(1990-1996)
Özü haqqında qısa məlumat:Hərbi layihədə fəaliyyətim təsadufi deyil.Əvvəla dogulub boya başa çatdığım Qubadlı rayonu düşmən tapdağı altında olması məni heç vaxt rahat buraxmır.Bundan əlavə uzun müddət Sumqayıt şəhər hərbi komissarlığında çağırış şöbə rəisinin köməkçisi vəzifəsində çalışmışam.01.01.2003-02.02.2004 Azərbaycan Dövlət Televiziyasında “Hərbi vətənpərvərlik” redaksiyasında müxbir vəzifəsində çalışmışam.01.04.2004 tarixdən isə “Lider Media Holdinq”in hərbi telelayihələrində fəaliyyət göstərirəm.
Hobbisi:Gül kolleksiyası toplamaq.

Müxbir:Səidə Haqverdiyeva
Doğum tarixi:30.10.82.
Milliyəti:Azərbaycanlı.
Doğulduğu yer:Ağdam.
Ailə vəziyyəti:Subay.
Təhsili:Ali təhsillidir – Azərbaycan Pedaqoji Universitetinin,Filalogiya fakultəsi.
Özü haqqında qısa məlumat:Hərbi telelayihələrə maraq,atamın Qarabağ döyüşlərində iştirakı və onun ailəmizdə vətənpərvərlik ruhunda bizə verdiyi tərbiyədən qaynaqlanır.
Hobbisi: Ev heyvanı saxlamaq.

Montaj rejissoru: Orxan Ədalətoğlu
Doğum tarixi:15.09.1990.
Milliyəti:Azərbaycanlı.
Doğulduğu yer: Bakı.
Ailə vəziyyəti:Subay.
Təhsili:Orta.
Özü haqqında qısa məlumat:Atam televiziyada işlədiyindən,mənim də həmişə burada işləmək arzum olub.Hətta babam Eyyub Həsənov da kinomexanik olub.15 yaşımdan sərbəst qeyri-xətti montajçı kimi fəaliyyətə başlamışam.Hərbidə işləmək mənə xüsusi zövq verir.Yəqin ki,bu günü-gündən inkişaf edən ordumuzdakı uğurlarla bağlıdır.Həm də fəxr edirəm ki,”Lider əsgər”in ilk buraxılışından bu layihədə çalışıram.
Hobbisi:Tarixi şəxsiyyətlərin həyatı haqqında öyrənmək.

 REYTINQ  1  2  3  4  5  6  7  8  9  10 

VERİLİŞLƏR
ARXİV