/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Verlişlər

Səhər çağı


    Məktub yaz
    Toplanan səs: 1039
    Baxılıb: 953

Efir vaxtı:

"SƏHƏR ÇAĞI" Lider TV-nin efirində həftə içi hər gün səhər saat 8:00-dan 10:00-dək, şənbə-bazar günləri isə saat 9:00-dan 11:00-dək canlı olaraq yayımlanır. Proqram musiqili, əyləncəli və maarifləndirici xarakter daşıyır. Proqramın məqsədi səhər-səhər tamaşaçıların əhval-ruhiyyəsinə müsbət təsir göstərmək və eyni zamanda cəmiyyətimizi düşündürən aktual problemlərin həlli haqqında qonaqların fikirlərini öyrənməkdir. Proqrama müxtəlif peşə sahibləri qonaq kimi dəvət olunur. Musiqili qonaq isə tamaşaçıların zövqünü oxşayan mahnılar ifa edir, ümumiyyətlə proqramda mahnılar, rəqslər, canlı ifalar yer alır.
"SƏHƏR ÇAĞI"-nın bazar günü buraxılışı isə xüsusi olaraq canlı ifalara həsr olunur. Ən populyar müğənnilər proqrama dəvət alır və 2 saat ərzində tamaşaçıların zövqünü oxşayan peşəkar ifalar təqdim edir. Bazar günlərinin qonaqları müasir Azərbaycan musiqisi, incəsənəti və mədəniyyəti haqqında fikirlərini bildirir.

 REYTINQ  1  2  3  4  5  6  7  8  9  10 

VERİLİŞLƏR
ARXİV