/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Verlişlər

Dəniz Döyüşü


    Məktub yaz
    Toplanan səs: 21649
    Baxılıb: 1912

Efir vaxtı:

«Dəniz Döyüşü» - intellektual əyləncəli oyun proqramıdır.
Veriliş canlı yayımlanır və demək olar ki, hamı tərəfindən oynanılan,
populyar «dəniz döyüşü» oyunu əsasında tərtib olunub.
"DƏNİZ DÖYÜŞÜ" intellektual əyləncəli televiziya oyununun
Q a y d a l a r ı




1. Ümumi müddəalar.
1.1. "Dəniz Döyüşü" intellektual əyləncəli televiziya oyunu (bundan sonra "Oyun" adlandırılacaq) mövcud qanunveriliciyə müvafiq olaraq, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin 28 yanvar 2009-cu il tarixli, 05/C-4323-09 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.
1.2. Bu Qaydalar Oyunun keçirilməsini tənzim edir və Şirkət ilə Oyunun iştirakçısı (“Oyunçu”) arasındakı münasibətləri nizamlayır.
1.3. Bu Qaydalarda istifadə olunan terminlər aşağıdakı mənaları daşıyır:
1.3.1. "Şirkət" - Oyunun təşkilatçısı "Lider Media Holdinq" MMC
1.3.2. "Proqram" - “Dəniz döyüşü” adı altında “Lider TV”-də canlı yayımlanan oyun proqramı
1.3.3. "Studiya" - Oyunun keçirilməsi üçün şirkətin binasında quraşdırılan və verilişin məzmununa uyğun olan dekorasiyalarla təchiz edilən studiya.
1.3.4. "Oyunçu" - Qaydalara müvafiq olaraq Proqrama telefon vasitəsi ilə qoşulan hər hansı tamaşaçı
1.3.5. "Aparıcı" - Gəminin Kapitanı qismində çıxış edən şirkətin təyin etdiyi aparıcı
1.3.6. "Seçim" - Tamaşaçılar arasında onların qeydiyyata alınmış zənglərinin çoxluğuna görə aparılan seçim.

2. Oyunda necə iştirak etmək olar?
2.1. Oyunda iştirak etmək üçün hər bir potensial Oyunçunun Seçim mərhələsindən keçməsi vacib şərtdir. Yalnız Şirkətin təşəbbüsü ilə bayram və əlamətdar günlərdə yayımlanan Proqramlar istisna ola bilər.
2.2. Hər bir potensial Oyunçunun Seçimi 0999 333 nömrəli telefon vasitəsilə heç də çətin olmayan prosedurdan başlanır. Telefon nömrəsi Şirkət tərəfindən təyin olunur və Proqramlarda, eləcə də kütləvi informasiya vasitələrində, o cümlədən Internetdə elan olunur.
2.3. Seçim mərhələsində iştirak etmək pulludur. Telefon zənginin ödənişi telefon nömrəsini yığan andan hesablanmağa başlanır.
2.4. Telefon nömrəsinə zəng edən tamaşaçı “qeydiyyata düşməsi” barədə avtomatlaşdırılmış formada məlumatlandırılır. Verilişin redaktorları Proqramın canlı yayımından əvvəl qeydiyyata düşmüş tamaşaçıların nömrələrinə (ilk olaraq sayına görə ən çox qeydiyyata alınmış nömrələr nəzərdə tutulur) zəng vurur, həmin şəxsin adını, soyadını, yaşını, məşğulliyətini öyrənir və Proqramda iştirak etmək üçün lazımi təlimat verdikdən sonra müəyyənləşdirilmiş gündə və vaxtda Proqramın canlı yayımı zamanı həmin tamaşaçının efirə qoşulmasını təmin edir. Nömrəyə zəng edərkən əlaqə telefon xətti qapalı olduğu və ya zəngə cavab verilmədiyi təqdirdə Şirkət məsuliyyət daşımır. Əgər Oyunçu Seçmə mərhələsində hələlik iştirak etmək istəmədiyini bildirirsə, və ya bundan tamamilə imtina edirsə, bu halda o, telefonun dəstəyini yerinə qoymaqla kifayətlənə bilər.
2.5. Oyunçu zənglərin hesabını ödəmək şərtilə, Seçmə mərhələsində saysız dəfə iştirak edə bilər. Hər hansı bir və ya bir neçə zəngin hesabını ödəmədiyi halda Oyunçu telefon zənglərinin pulunu ödəməyən şəxslərin siyahısına daxil edilir və borcunu tamamilə ödəməyincə Oyunda iştirak hüququndan məhrum olur. Bu barədə o, "Aztelekom" İstehsalat Birliyi tərəfindən xəbərdar edilir.
2.7. Telefon zənglərinin qiyməti "Aztelekom"un tarifinə müvafiq olaraq, hər tam və ya natamam dəqiqə üçün 2 manatdır.
2.8. Əgər Oyunçunun telefonu mövcud telefon sisteminə uyğun deyilsə, lakin o, Oyunda iştirak etmək arzusundadır, bu halda Şirkət Oyunçuya ya alternativ telefon nömrəsi verməklə, ya da başqa tipli telefon aparatından istifadə etməyi məsləhət görməklə kömək etməyə çalışacaq.
2.9. Əgər Qaydalar, yaxud Oyunun hər hansı bir elementi Oyunçuya aydın deyilsə və ya o, telefon sistemindən istifadə etməkdə çətinlik çəkirsə, bu halda o, 4978899 (daxili nömrə 405, 407) nömrəli sorğu telefonuna zəng etməlidir. Sorğu danışıqları pulsuzdur.

3. Oyunun əsas qaydaları və şərtləri.
3.1. Oyun verilişin başlığı efirə verildikdən sonra canlı yayımla başlayır. Heç bir halda veriliş videoyazı ilə və ya təkrar efirə verilmir. Verilişin aparıcısı salamlaşdıqdan sonra özünü təqdim edir. Həmçinin günün əlamətdar hadisəsi (və ya hadisələri) haqqında informasiya təqdim edir. Bundan sonra aparıcı Oyunda iştirak qaydaları və Oyunun şərtləri haqqında ətraflı məlumat verməyə başlayır.
3.2. Aparıcı Oyunda 17 yaşından kiçik olan şəxslərin iştirakına icazə verilmədiyi, zənglərin pullu olduğunu xatırladır. Aparıcı nömrəni elan edir, zənglərin ödənişli olduğunu, zəng vurub qeydiyyata düşdükdən sonra, redaktorların qeydiyyata düşən nömrələrlə əlaqə saxlayacaqlarını və 17 yaşından aşağı olan şəxslərin Oyunda iştirak etməsinə icazə verilmədiyini deyir. Bu məlumatlar veriliş ərzində (əsasən Proqramın əvvəlində, reklam bloklarına keçidlərdə, reklam bloklarından Proqrama keçidlərdə, hər blokun ortasında və s.) Aparıcı tərəfindən ən azı 4-5 dəfə təkrar olunur.
3.3. Aparıcının yuxarıda qeyd olunan məlumatları dediyi zaman ekranın aşağı küncündə “qaşan sətirlər” vasitəsi ilə “077 333 nömrəsinə zəng vurun və qeydiyyata düşün. Zənglər ödənişlidir. Bir zəngin qiyməti 2 AZN (ƏDV daxil). 17 yaşından aşağı olan şəxslər Oyunda iştirak edə bilməz” mətni efirə verilir. Bu mətn Proqram ərzində mütəmadi olaraq yayımlanır.
3.4. Oyunun qaydaları populyar “Dənzi döyüşü” oyununun əsasında tərtib olunub. Oyun sahəsi 42 (7X6) xanalı lövhədən ibarətdir. Xanalar üfüqi istiqamətdə (oyun sahəsinin yuxarısı) hərflərlə, şaquli istiqamətdə isə (oyun sahəsinin kənarından) rəqəmlərlə işarələnib. Zəng vuran tamaşaçı bir hərf və bir rəqəm kombinasiyası deməklə öz seçimini edir. Seçilən xana Aparıcı tərəfindən aşılır. Açılan xananın işarəsinin şərtinə uyğun olaraq Oyun davam etdirilir.

3.5. İşarələr.
Oyun sahəsində 4 növ gəmi yerləşdirilir. “Gəmi” xanasına görə tamaşaçı heç bir suala cavab vermir (“Qızıl gəmi” istisnana olmaqla).
3 xanadan ibarət və 30 manat məbləğə bərabər olan 1 ədəd gəmi;
2 xanadan ibarət və hər biri 20 manat məbləğə bərabər olan 2 ədəd gəmi (bayram günlərində 2 xanalı gəminin miqdarı artırıla bilər);
1 xanadan ibarət və hər biri 10 manat məbləğə bərabər olan 3 ədəd gəmi (bayram günlərində 1 xanalı gəminin miqdarı artırıla bilər);
1 xanadan ibarət və ilkin məbləği 30 manata bərabər olan “Qızıl gəmi”. Bu xana açıldığı təqdirdə, tamaşaçı verilən suala düzgün cavab verməklə 30 manata sahib ola bilər. Suala yanlış cavab verərsə, bu zaman (“sığortası” olmayan) tamaşaçı Oyunu heç nə qazanmadan tərk edir. Bu xananı açan tamaşaçı cavab verməkdən imtina edə bilməz. Amma könüllü surətdə cavab vermədən oyunu tərk edə bilər. Bu zaman (Oyunu tərk etsə və ya yanlış cavab versə) “Qızıl gəmi” xanasının uduş məbləği (hər dəfə yanlış cavabdan sonra) 5 manat artırılır. Sonrakı tamaşaçılara isə Aparıcı tərəfindən (öz istəklərinə uyğun olaraq) “Qızıl gəmi” xanasının sualına cavab vermək təklif olunur. Tamaşaçıya fikirləşmək üçün 10 saniyə vaxt verilir. Düzgün cavab aparıcı tərəfindən yalnız təsdiq oluna bilər.
“Su üzərində butulka” işarəsi olan xana açıldığı təqdirdə, tamaşaçıya 2 cavab variantlı sual təqdim olunur. 10 saniyə ərzində tamaşaçı həmin sualın düzgün olan cavab variantını səsləndirməlidir. Tamaşaçı suala yanlış cavab verərsə, Aparıcı düzgün cavabı elan edir, tamaşaçı isə, “sıgortası” olmadığı təqdirdə, Oyunu tərk edir. “Sığortası”olan tamaşaçı isə “sığorta”-sını itirir və əvəzində Oyunu davam etdirərərk növbəti seşimini edir. Ardgcgllgqla 3 dəfə “Su üzərində butulka” xanasını açan və suallara düzgün cavab verən tamaşaçıya Aparıcı tərəfindən 10 manat məbləğində pul təklif olunur. Tamaşaçı 10 manat pulu götürdüyü təqdirdə, Oyunu tərk edir. Əgər imtina edərsə, bu zaman tamaşaçı Oyunu davam etdirir.
“Burulğan” işarəsi olan xana açıldığı təqdirdə, tamaşaçının “sığorta”-sı yoxdursa, Oyunu tərk edir. “Sığorta”-sı olan tamaşaçı isə “sığorta”-nı itirməklə Oyunu davam etdirir.
“Dəniz fənəri” işarəsi olan xana açıldığı təqdirdə, tamaşaçıya (cavab variantları göstərilməyən) sual təqdim olunur. Tamaşaçı 10 saniyə ərzində suala düzgün cavab verərsə, “sığorta” qazanır və Oyunu davam etdirir. “Sığorta” tamaşaçıya əlavə şans yaradır ki, bir yanlış cavabdan və yaxud “burulğan”-dan özünü qorusun. Tamaşaçı suala düzgün cavab verməzsə, bu zaman (başqa “sığorta”-sı yoxdursa) Oyunu təkr edir. Bu halda həmin xananın sualını cavablandırmaq və “sığorta” qazanmaq üçün (“Qızıl gəmi” xanasının şərti kimi) başqa tamaşaçılara təklif olunur. Birinci dəfə bu xananı açan tamaşaçıdan başqa digər tamaşaçılar könüllü surətdə Aparıcının təklifini qəbul və ya rədd edə bilərlər.
3.5.1. Proqramda “Su üzərində butulka” işarəsi olan xanaların sayı 18-26 arası; “Burulğan” işarəsi olan xanaların sayı 5-10; “Dəniz fənəri” işarəsi olan xanaların sayı isə 2-5 arası dəyişə bilər. Bayram günlərində “burulğan” işarəli xanaların sayı az, “Su üzərində butulka” və “Dəniz fənəri” işarəli xanaların sayı isə artırıla bilər.
3.6. Proqramda verilən suallar ensiklopedik məlumatlar, orta məktəb materialları, məntiq, gündəmin müasir tarix, idman, mədəniyyət xəbərlərini, proqramın yayımlandığı günün əlamətdar hadisələri, məşhur insanların dogum, anım günləri, həyat, yaradıcılıqlarını və s. əhatə edə bilər.
3.7. Yuxarıda qeyd olunan xanalar yeni işarəli və şərtli xanalarla əvəz oluna bilər. Həmçinin oyun sahəsinə yeni işarəli və şərtli xanalar əlavə oluna bilər. Belə olan halda proqram ərzində Aparıcı tamaşaçılara geniş məlumat verəcək.

4. Uduşun ödənmə Qaydası.
4.1. Şirkət uduş məbləğinin tamaşaçıya ödənilməsini onunla bağlanmış “Dəniz döyüşü” intellektual əyləncəli oyun proqramında tamaşaçının iştirakı haqqında Razılaşma əsasında həyata keçirir.
4.2. Şirkət uduş məbləğinin tamaşaçıya təqdim edilməsini Oyunda istifadə olunan 077 333 nömrəsinə zənglərlə bağlı Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Məlumat hesablama Mərkəzinin hər rabitə operatoruna dair rəsmi məlumatı ilə öz məlumatlarını tutuşdurandan sonra həyata keçirir.
4.3. Uduş ödənilərkən Şirkət, Azərbaycan Respublikası ərazisində qüvvədə olan mövcud vergi qanunvericiliyinə müvafiq olaraq, fiziki şəxslər tərəfindən ödənilməli olan bütün vergilərin tutulmasını həyata keçirir.
4.4. Oyunçunun tələbinə əsasən, Şirkət ona verilmiş pulun miqdarı və vergi tutulmaları barədə arayış verir.
4.5. Müvafiq Proqramın efirdə göstərildiyi tarixdən uduş məbləğinin alınması üçün müraciət etməyən Oyunçunun uduşu Şirkətin hesabında saxlanılır. Uduşun məbləğinə faiz hesablanmır.
4.6. Müvafiq Proqramın efirdə göstərildiyi vaxtdan keçən 6 (altı) ay müddətində uduşu almaq üçün müraciət etməyən və ya uduş məbləğindən imtina edən Oyunçu uduşa hüququnu itirir və həmin məbləğ Şirkətin fonduna keçirilir.
4.7. Şirkət, Oyunçunun bu Qaydalarla müəyyən edilmiş hallarda Oyunda iştirak etmək hüququnun olmadığını, yaxud əyrilik etdiyini və eləcə də bu Qaydaların 1-ci bölməsində göstərilən prosedur qaydalarına müvafiq olaraq Seçmə mərhələsində telefon danışıqlarının pulunu ödəmədiyini aşkar edərsə, ona pul uduşunu ödəməyə bilər və əgər pul artıq ödənilibsə, həmin məbləği geri qaytarmağı tələb edə bilər.
4.8. Azərbaycan Respublikasının Qanunlarına müvafiq olaraq, mükafat fondunun ödənişi qaydaları sponsor tərəfindən təyin oluna bilər.

5. Oyunçulara dair tələblər:
5.1. Aşağıdakı şəxslər Oyunçu ola bilməzlər:
5.1.1. Şirkətin əməkdaşları və onların ailə üzvləri;
5.1.2. Sponsor şirkətlərin əməkdaşları;
5.1.3. Məcburi müalicə keçən, eləcə də ruhi xəstəxanada qeydiyyatda olan şəxslər;
5.1.4. 17 yaşına çatmayan şəxslər;
5.2. Şirkət istədiyi vaxt Proqramın iştirakçısından onun Proqramda iştirak etmək hüququnu təsdiq edən sübutlar tələb etmək, belə sübutlar təqdim edilmədikdə isə Proqram iştirakçısını oyundan xaric etmək, yaxud ona verilməli olan pul uduşunu ödəməmək hüququna malikdir.
5.3. Seçmə mərhələsinin telefon zənglərinin hesabını ödəməyən Proqram iştirakçıları Şirkət tərəfindən oyunda iştirak etməkdən kənarlaşdırılırlar.
5.4. Oyunçu Oyunda yalnız öz adından və şəxsən iştirak etməlidir, vəkalətnamə əsasında iştirak etməyə icazə verilmir.
5.5. Şirkət aşağıdakı hallarda öz müstəsna mülahizəsinə görə Oyunçuları Oyundan məhdudiyyətsiz kənarlaşdıra bilər:
5.5.1. Şirkət Oyunçunu iştirak üçün yararsız hesab etdiyi hallarda (məsələn; əqli, nitq, eşitmə, görmə qüsurları, efirdə etik normalara riayət etmədiyi hallarda);
5.5.2. Oyunçunun şəxsiyyətini təsdiq edən sənədləri olmadığı halda;
5.6. Bütün Oyunçular bu Qaydaları tam həcmdə heç bir istisna olmadan yerinə yetirməyə borcludurlar.

6. Son müddəalar.
6.1. Oyunun hər hansı hissəsində səhvlərin aşkar olunduğu, anlaşılmazlıq və ya mübahisəli vəziyyətlər yarandığı, yaxud da telefon sisteminin işi ilə, eləcə də hər hansı bir cavabın düzgünlüyü ilə bağlı bütün hallarda Şirkətin qərarı qətidir və şikayət qəbul olunmur.
6.2. Şirkət bu Qaydalara əlavələr etmək və ya Oyunun keçirilməsinə xitam vermək hüququnu özündə saxlayır. Əlavələr və ya xitam haqqında məlumat “Lider” televiziyası vasitəsilə açıqlanacaq, o cümlədən Şirkətin saytında öz əksini tapacaq, və bu əlavələr, yaxud xitam haqqında məlumat mətbuatda dərc olunduğu andan qüvvəyə minəcəkdir.
6.4. Şirkət seçmə mərhələsini keçmiş oyunçuların onlar üçün daha münasib olan Proqramda iştirak etmələri üçün məqsədyönlü səy göstərəcək, lakin Şirkət yuxarıda göstərilənlərə zəmanət verə bilməz, bununla əlaqədar Şirkətin bu Qaydalara müvafiq olaraq və öz müstəsna mülahizəsinə əsasən, Proqramda iştirak etmək ixtiyarı olan növbəti Oyunçunu cəlb etmək hüququ var.
6.5. Şirkət öz mülahizəsinə əsasən, Oyunu bütünlüklə, yaxud onun hər hansı hissəsini istədiyi vaxt ləğv etmək hüququna malikdir.
6.6. Şirkət telefon sistemi ilə əlaqədar olan çətinlikləri bütün mümkün və praktiki üsullarla minimuma endirmək üçün səy göstərir, lakin bu barədə heç bir zəmanət verə bilməz.

Copyright© “Lider Media Holdinq” MMC



Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin
28 yanvar 2009-cu il tarixli, 05/C-4323-09 qeydiyyat nömrəsi ilə
dövlət qeydiyyatına alınmış, 01 fevral 2009-cu il tarixində
“Lider Media Holdinq” MMC üzrə təsdiqlənmiş
"Dəniz Döyüşü" intellektual əyləncəli televiziya oyununa Əlavə №1
Bakı şəhəri/01 noyabr 2009-cu il



"Dəniz Döyüşü" intellektual əyləncəli televiziya oyunun Qaydalarının (bundan sonra “Qaydalar” adlanacaq) 6.2. bəndində uyğun olaraq əlavə şəklində Qaydalara aşağıdakı dəyişikliklər edilir:

1. Qaydaların 3.3. bəndində qeyd olunan “bir zəngin qiyməti” ƏDV daxil olmaqla 01 noyabr 2009-cu il tarixindən başlayaraq “1 AZN (bir manat)” məbləğində müəyyən edilir.

2. Qaydaların 4.5. və 4.6. bəndlərinə dəyişiklik edilərək 01 yanvar 2010-cu il tarixdən həmin bəndlər aşağıdakı redaksiyada müəyyən edilir: “4.5. Efirdə göstərilən müvafiq Proqram üzrə uduşun veriləcək günü barədə xəbərdar olan, lakin uduş məbləğinin alınması üçün müraciət etməyən Oyunçunun uduşu Şirkətin hesabında həmin gündən etibarən 1 (bir) ay ərzində saxlanılır. Uduşun məbləğinə faiz hesablanmır. 4.6. Uduş məbləğinin Şirkət tərəfindən ödənildiyi tarix (gün) barədə məlumatlı olan Oyunçu həmin gündən 1 (bir) ay müddətində uduşu almaq üçün müraciət etmədiyi və ya uduş məbləğindən imtina etdiyi halda Oyunçu uduşa hüququnu itirir və həmin məbləğ Şirkətin fonduna keçirilir.”

3. Bu dəyişikliklər qeyd edilən tarixdən və “LİDER” TV vasitəsilə tamaşaçılara çatdırıldığı andan qüvvəyə minir.

«Dəniz Döyüşü» - intellektual əyləncəli oyun proqramıdır. Veriliş canlı yayımlanır və demək olar ki, hamı tərəfindən oynanılan, populyar «dəniz döyüşü» oyunu əsasında tərtib olunub.
Baş müəllif: Murad Dadaşov

Verilişin ilk efir tarixi: 21.10.2008-ci il
Aparıcı-kapitan Fəridbəy Kərimov
rejissor Pərviz Darafərin
redaktor Arif Məmmədov
redaktor assistenti
Nicat Əlibəyli

 REYTINQ  1  2  3  4  5  6  7  8  9  10 

VERİLİŞLƏR
ARXİV