/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Verlişlər

Vur çatlasın!


    Məktub yaz
    Toplanan səs: 328
    Baxılıb: 0

Efir vaxtı:

“Vur çatlasın”
Müəllif və rejissor : Aygün-Ayan-Azəri

Tərəddüd etmədən demək olar ki, verilişdə hər kəs bizimlə ünsiyyət qura bilər.Aparıcı seçimində veriliş digərlərindən orijinallığı ilə fərqlənir. Populyar aparıcı tamaşaçı tərəfindən daha tez qəbul olunur. Onun tərəf müqabili adilərdəndir. Aparıcıları da hər iki verilişdən bir dəyişilir, yəni hər kəs öz sevdiyi sənətçisini aparıcı qismində görə bilər. Həmçinin özünü də.

Məhz bu amillər də layihəni tamaşaçıya daha da yaxın edir. Verilişin daha dolğun olması, tamaşaçıların diqqətini cəlb etmək, onun etimadını qazanmaq üçün veriləcək video materialları əsaslandırmaq lazımdır. Bu da “Vur çatlasın”-ın rəngarəng rublikalarında! “Sən ki, belə deyildin” , “Son qeybət” , “Şad xəbər , bəd xəbər” , “Bax belə” , “Nələr oldu ?” /mədəniyyət və incəsənət xəbərləri/ , “Gözdən iraq” /pərdəarxası baş verənlər/ , “7-dən seçərəm” , “Ulduz fonatı” klubu rublikalarında digər verlişlərdən fərqli olaraq ayrı-ayrı personajların dilindən kor-koranə deyil, mövzuya uyğun olaraq xəbərlərin vurub çatlaması məhz orijinallıqdır.

Sirr deyil ki, “Oxaay” , “Baban qurban” isə artıq respublikamızda tanınıb sevilən kəlmələrdir. Lakin bu kəlmələrin qəhrəmanına xüsusi obraz verən müəllif Aygün-Ayan Azəri Fəqanı tamaşaçılara daha yaxın etdi. Şou-biznes dahisi Mahmud Baba öz rublikasında şad və bəd xəbərlərlə şou-biznes əhlini orijinal şəkildə tənqid edir.

Ən ərköyün aparıcımız Günel isə digər şablon sms verilişlərdən fərqli olaraq müğənnilərin reytinq durumunu öyrənmək üçün toplum tamaşaçı ilə ünsiyyətdə olur və nəticələrə öz atmacaları, zarafatları və məlahətli səsiylə rəng qatıb tamaşaçı qəlbinə yol tapır.

Gəzən şayiələri, söz-söhbətləri, dedi-qoduları isə qarmaqarışıq deyil, məhz “Son qeybət” rublikasında əməkdar artist Naykanın təqdimatında tamaşaçının ixtiyarına verilir. Digər rublikalarda ən maraqlısı isə odur ki, məhz həmçinin tamaşaçılar şou-biznesin əjdahasından tutmuş qarışqasına kimi bütün populyarlara qarşı açıqcana öz münasibətlərini bildirə bilərlər. Rublikaların bir çoxu sms-lədir. Bu isə o deməkdir ki, tamaşaçılar bilavasitə “Vur çatlasın”-ın iştirakçısına çevrilir.

Layihənin üstün cəhətlərindən biri onun yeniliyidir. Rublikalarımızdan da bəllidir ki, bu proqram quruluşca bu gün yerli teleməkanda olan əyləncəli maqazin proqramlarından tam fərqlidir.

Üstün cəhətlərdən söz düşmüşkən, bu layihənin məhz “Lider” kanalında efirdə yayımlanması əsl “Vur çatlasın”-dır!

Layihənin yaradıcı qrupu əsasən gənclərdir: Yeganə, Günel, Anar, Qızqayıt, Fəqan, Valeh, Günay, Zaur, Cavid...Onlar olduqca aktivdir! Əsas qüvvələrdən biri isə - Anardır. O hər zaman “Baba qurban”-ın yanındadır! Qeyd edək ki, bu layihənin texniki qrupu da yaradıcılıqda heç də geridə qalmır.

İSTİQAMƏT : əyləncə, mədəniyyət və şou-biznes proqramı
XRONOMETRAJ : 45 dəq
EFİR ADRICILLIĞI : /vaxtı/ -həftədə bir dəfə /23:00-00:30 radələri arasında
LAYİHƏNİN ƏHATƏ DAİRƏSİ :
      Yeniyetmə, gənc, orta və yaşlı nəslin nümayəndələri;
      Populyar və yenicə şou-biznes aləminə addımlayan sənətçilər, müğənnilər, aktyorlar, rəqqasələr, bəstəkarlar, şairlər, modelyerlər;
      Evdar xanımlar;
      İş adamları və s.

 REYTINQ  1  2  3  4  5  6  7  8  9  10 

VERİLİŞLƏR
ARXİV