/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Verlişlər

Şou "24"


    Məktub yaz
    Toplanan səs: 273
    Baxılıb: 0

Efir vaxtı:

İlk əvvəl qeyd edək ki, bu formatda veriliş Azərbaycanda ilk dəfə nümayiş etdirilir. Şounu yaratmaq ideyası Lider Media Holdinqin rəhbərliyinə məxsusdur. O, Troy Communication kompaniyasının bilavasitə iştirakı ilə həyata keçirilir.

Verilişən adı təsadüfi deyil. Bir halda ki, şou hər cümə gününün tam gecəyarısı - yeni günün başlanğıcını təmsil edərək (verilişin başlığında belə də deyilir: "Yeni gün bizdən başlayır") - efirə getdiyi üçün, başlıq "gün" kimi güman edilir. Verilişin fişkası onun müəyyən tematikasının olmamasındadır.
Verilişin qonaqları tamamilə fərqli həyat tərzi sürən müxtəlif peşə nümayəndələridir. Əgər onlardan biri - tanınmış simadırsa, digərləri hər hansı istedadı olan xalq arasından çıxmış insanlardır. Verilişin məqsədi - tok-şounun bugünkü populyar danışıq janrı vasitəsilə bu insanların yaradıcı potensialını aşkar etməkdir. Əgər qonaq tanınmış şəxs olarsa - onu tamaşıçılara tamamilə yeni, hələ məlum olmayan yöndən göstərməkdir. Bu vəzifə şou "24" aparıcısının, Azərbaycan xalq artisti Mabud Məhərrəmovun ciyinləri üzərinə düşür.
O, özünün cazibəsi və müsahibin acıq söhbətə sövq etmək bacarığı ilə şouya xüsusi yaraşıq verir. Şounun mahiyyətini həyata keçirməkdə aparıcıya "Warrant Express" qrupunun istedadlı musiqiçiləri və qonaqpərvər qızlar - qonaqları qarşılayan xanımlar köməklik edir.
Verilişin səmimi abu-havası, qonaqların etirafları və möhtəşəm dekorasiyalar da öz işini görürlər.

 REYTINQ  1  2  3  4  5  6  7  8  9  10 

VERİLİŞLƏR
ARXİV