/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Verlişlər

Gözəlliyin sirləri


    Məktub yaz
    Toplanan səs: 1400
    Baxılıb: 0

Efir vaxtı:

Hər həftənin şənbə günü Lider televiziyasının efirində saat 12-dən 13 qədər «Gözəlliyin sirləri» verilişini canlı olaraq izləyə bilərsiniz.

Gözəllik nədir? Bu zahirin göstəricisidir yoxsa daxili aləmin? Bu suala hərə bir cür cavab verə bilər. Biz isə bir saatlıq verilişimizdə bu sualların həqiqi cavabını tapmağa çalışacayıq. Dekabırın ikisindən efirə çıxan «Gözəlliyin sirləri» ilk verilişində cərrah bıçağından çıxan gözəlliyin fəsadlarından və nə dərəcədə insana lazım olub olmadığından söhbət açmışdır. Maraqlı qonaqlarımız plastik cərrah Vaqif Qələndər və məhşur aktrisa Məleykə Əsədova bu mövzu ətrafında öz fikirlərini söyləyərək tamaşaçını maraqlandıran suallara cavab vermişlər. Ümumiyyətlə aktual mövzular gələcəkdə də « Gözəlliyin sirlərin»də öz əksini tapacaq. Canlı olaraq efirimizə zəng etmək istəyirsinizsə 510 38 06, 510 38 04 və həmçinin fikirlərinizin sms şəklində oxunmasını arzu edirsinizsə 077 025 nömrələri ixtiyarınızdadır.

Aparıcı Sevinc Abbasova. Mədəniyyət və İncəsənət universitetinin televiziya rejissorluğunu bitirib. On bir il ərzində müxtəlif teleməkanlardə çalışıb.

Verilişin rejissoru Rüstəm, prodüsseri Rövşən Aydınoğludur.

«Gözəlliyin sirləri» verilişində tamaşaçıların fikirləri də çox önəmlidir. Hər həftənin şənbə günü Liderin efirində saat 12-də «Gözəlliyin sirləri»-ni izləməyi unutmayın.

 REYTINQ  1  2  3  4  5  6  7  8  9  10 

VERİLİŞLƏR
ARXİV