/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Verlişlər

Sabahınız xeyir!


    Məktub yaz
    Toplanan səs: 43939
    Baxılıb: 0

Efir vaxtı:

Proqramın əsas qayəsi tamaşaçılara xoş ovqat bəxş etmək, onları bütün gün üçün pozitiv enerji ilə yükləməkdir. «Sabahınız xeyir» proqramının strukturu da məhz bu ideyadan çıxış edilərək, əyləncəli-informasiya janrında qurulub. Proqramda «Gülüş dəqiqələri», «Dadlı səhər», «Mədəniyyət xəbərləri», «Cizgi filmi» kimi daimi rubrikalarla yanaşı, ən müxtəlif sahələri işıqlandıran neytral xarakterli süjetlər də geniş yer alıb. Aparıcıların məlumat xarakterli mükalimələri, şirin zarafatları, süjetlər üçün verilən xüsusi girişlər, habelə hər saatın tamamında olan informasiya, hava və idman buraxılışları tam 2 saat ərzində tamaşaçıların həm baş verən ən əhəmiyyətli hadisələr barədə məlumatlı olmasına, habelə əhval-ruhiyyələrinin yüksəlməsinə xidmət edir. Proqrama dəvət edilən qonaqlara da eyni konsepsiyadan çıxış edilərək, səhər efirinə xas olan optimist ruhlu suallar verilir.

«Sabahınız xeyir» proqramı həftənin bazar ertəsindən cümə günü də daxil olmaqla hər gün səhər saat 8.15 – dən 10.00 – dək efirdə olur. Saat 9.00 – dan etibarən proqramın gedişatında «Səda» informasiya buraxılışı, habelə hava proqnozu və idman xəbərləri daxil olmaqla, 15 dəqiqəlik fasilə yaranır. Lakin istənilən halda aparıcılar bu fasiləni lazımi replikalarla əlaqələndirirlər.

«Sabahınız xeyir» proqramının rəhbəri Azər Əhmədov, quruluşçu rejissor Lamiyyə Ələkbərqızıdır. Proqramın məsul redaktoru İlhamə Novruzova, redaktoru Könül Fikrətqızıdır. Proqrama rəngarənglik gətirən süjetlər üzərində müxbirlər Lalə Əbdüləzimova, Günay Namazova, İlkin Qurbanov, Emin Əhmədov çalışırlar. «Sabahınız xeyir» - in aparıcıları Elnarə Təhməzova və Azər Axşamdır.

 REYTINQ  1  2  3  4  5  6  7  8  9  10 

VERİLİŞLƏR
ARXİV