Lider TV

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımının anım mərasimində iştirak edib


Azərbaycan paytaxtının minlərlə sakini xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşıb. Anım mərasimində prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər. Prezident İlham Əliyev abidənin önünə əklil qodub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib. Birinci vitse-prezident Mehriban Əliyeva, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev də abidənin önünə gül dəstələri qoyublar. Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş xocalı sakinləri iştirak ediblər. Onlar da abidənin önünə tər güllər düzüblər.




19:00 / 26.02.2018     Çap et  Çap et