Lider TV

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında anım tədbiri keçirilib


Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. 366-cı motoatıcı alayın iştirakı ilə erməni-daşnak millətçiləri tərəfindən xocalıda dinc sakinlərə qarşı həyata keçirilmiş soyqırımı aktının xx əsrin ən böyük cinayətlərindən biri olduğu qeyd edilib. Bu cinayətin erməni millətçilərinin Azərbaycan xalqına qarşı reallaşdırdıqları etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu diqqətə çatdırılıb. Xocalı soyqırımının bəşər tarixində törədilmiş ən qanlı faciələrdən olduğu bildirilib. Cinayətin səbəbkarlarının layiqli cəzalarını alacaqlarına əminlik ifadə edilib. Toplantının sonunda Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub.




19:00 / 23.02.2018     Çap et  Çap et