Lider TV

Bakı məktəbləri üzrə birinci sinfə qəbula 46 minə yaxın uşağın sənəd verməsi gözlənilir


“Bu il Bakı məktəbləri üzrə birinci sinfə qəbula 46 minə yaxın uşağın sənəd verməsi gözlənilir. Onlardan 24 mini məktəbəqədər təlimlərə qatılanlardır”. Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında belə deyib. Bildirib ki, hazırlıq kurslarını bitirənlər avtomatik oxuduqları məktəbdə, təlim keçdikləri müəllimlərin siniflərinə qəbul olunacaq. Artıq onlardan 22 mini sistemdə qeydiyyatdan keçib. Valideynlər ərizələrini çap etdirib, məktəblərə təqdim etməlidirlər. Qəbulla bağlı müəyyən narazılıqlar da var. Bu əsasən sıxlıq təşkil edən məktəblərə ərazi prinsipinin tətbiqi ilə bağlıdır. Çətinliklə qarşılaşan valideynlər alternativ komissiyalara müraciət edə bilər. Problem həllini tapmadıqda isə şikayətlərini Bakı şəhəri üzrə Təhsil İdarəsinə bildirə bilərlər.




19:00 / 23.02.2018     Çap et  Çap et