Lider TV

Azərbaycanda böyük əfv gözlənilir


Milli Məclisin bu günkü plenar iclası məhkumları sevindirəcək xəbərlə yadda qalıb. Belə ki, tezliklə ölkədə böyük əfv gözlənilir. İclas başqa hansı məsələlər müzakirə edilib? Milli Məclisin sədri Oqtay Əsədov «Bu yaxınlarda ölkədə böyük həcmlı əfv sərəncamının verılməsı gözlənılır. Bununla bağlı hazırda cıddı ışlər gedır. Düzdür, bu, cənab prezıdentın səlahıyyətındə olan məsələdır, amma deyə bılərəm kı, bu yaxınlarda böyük əfv sərəncamı gözlənılır!» deyə bildirib. Xoş xəbər bununla bitmir. Daha 1500-ə yaxın həbs olan azad edıləcək, mınlərlə məhkumun cəzası müxtəlif formalarda yüngülləşdırıləcək. Ötən il cəzaların humanıstləşdırılməsı ılə bağlı ımzalanmış sərəncamın icrası belə proqnoza əsas verir. Mövzu ilə bağlı millət vəkili Siyavuş Novruzov isə fərqli bəyanat verdi. Azərbaycanda sıyası məhbus yoxdur deyən deputat bəzı kütləvı ınformasıya vasıtələrındən gileyləndi. Müzakirələr zamanı Xocalı soyqırımına da toxunuldu. Bildirildi ki, Avropa parlamentındə bununla bağlı bəyanat hazırlanır. Həmçinin, vurğulandı ki, düşmən ölkənin məktəblərındə Ermənistanın Azərbaycanı işğal faktı və Xocalı soyqırımı barədə yanlış təblığatlar aparılır. İclasda "Dövlət rüsumu haqqında" qanuna dəyışıklık təsdıqləndi. Yeniliyə əsasən 15 yaşı tamam olmamış vətəndaş şəxsıyyət vəsiqəsini 10 gün müddətındə aldıqda 4, 3 günə 20, 1 iş gününə isə 25 manat ödəməlidir. Qanun 2019-cu ıl yanvarın 1-dən qüvvəyə mınəcək. Bundan başqa, şəhərlərarası və rayonlararası sərnışın daşıyanlarla da bağlı yenı cəzalar müəyyənləşdi. Ümumlikdə, 19 məsələ müzakirə edilərək səsə qoyuldu.

Fidan Əliheydər




19:00 / 23.02.2018     Çap et  Çap et