Lider TV

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ məsələsində diqqətini yalnız müharibədən qaçmağa yönəldib


"Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ məsələsində diqqətini yalnız müharibədən qaçmağa yönəldib, bu yanaşma dəyişməlidir". ATƏT Parlament Assambleyasının istefa verən Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin qurumun qış sessiyasında istefa öncəsi təqdim etdiyi son hesabatında belə deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün məsələlər çox məhdud çevrədə qapalı olaraq qalır, lakin bu, ölkələrin ictimaiyyətinin istənilən kompromis qərarlara hazırlanmasına xidmət etmir. Vigenin həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərinin işini də tənqid edərək, bildirib ki, həmsədrlər öz işləri barədə məlumat vermək üçün bir neçə dəfə ATƏT Parlament Assambleyasının dəvətlərini, hətta qeyri-rəsmi görüş təkliflərini rədd ediblər. Və onlar yalnız nadir hallarda özündə az məlumat əks etdirən press-relizlər yayırlar.




19:00 / 22.02.2018     Çap et  Çap et