Lider TV

Lənkəranda qanunsuz olaraq ağac kəsilməsi faktı qeydə alınıb


Lənkəranda qanunsuz olaraq ağac kəsilməsi faktı qeydə alınıb. Rayonun Sinovli kəndi ərazisində, Osaküçə bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsində xeyli sayda ağacın kəsilməsi ilə bağlı 1 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə məlumat daxil olub. Sözügedən əraziyə baxış keçirilərkən diametri 4-30 sm olmaqla müxtəlif növ 69 ədəd yaş halda ağacın kəsildiyi aşkar edilib. Faktla bağlı akt və ziyan cədvəli tərtib olunub. Ümumilkdə təbiətə 8600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Zərərin məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı hüquqi qiymətin verilməsi və təqsirkar barəsində tədbir görülməsi üçün işlərə başlanılıb.




19:00 / 22.02.2018     Çap et  Çap et