Lider TV

Türkiyədə Xocalı soyqırımına həsr olunan konfrans keçirilib


Türkiyənin Edirne vilayətində Xocalı soyqırımına həsr olunan konfrans keçirilib. Türkiyənin rəsmi şəxsləri və yüzlərlə insanın iştirak etdiyi tədbirdə Qarabağ problemi və Xocalı soyqırımına münasibətdə beynəlxalq təşkilatların ikili standart nümayiş etdirməsi kəskin qınanıb. Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, insan haqlarından danışan beynəlxalq qurumlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır. Bu azmış kimi, 100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlər müasir dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmirlər. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan, Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş şəkildə dünyaya çatdırılmasında türk gəncliyinin üzərinə böyük məsuliyyət düşdüyünü deyən Qənirə Paşayeva onları sosial mediada fəal olmağa çağırıb. Həmçinin tədbir çərçivəsində Edirne əyalətinin valisilə şəhərin mərkəzində tezliklə Azərbaycan küçəsi və Qarabağ parkının yaradılmasına dair razılıq da əldə olunub.




19:00 / 22.02.2018     Çap et  Çap et