Lider TV

Prezident İlham Əliyev İran müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmini qəbul edib


Prezident İlham Əliyev İran müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev son illər ərzində İran prezidenti ilə 10-a yaxın görüşün keçirilməsinin əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı İrana son səfərini məmnunluqla xatırlayaraq, həm ali rəhbərlə, həm də prezidentlə məhsuldar müzakirələrin aparıldığını qeyd edib. Əmir Hatəmi iran prezidenti həsən ruhaninin salamlarını dövlətimizin başçısına çatdırıb. O qeyd edib ki, İran İslam Respublikasının ali rəhbəri öz çıxışlarında həmişə iranın azərbaycanla münasibətlərinin dostluq və qardaşlıq, bərabər qonşuluq münasibətləri olduğunu bildirib. O, İran İslam Respublikasının xarici siyasətində qonşu ölkələrə, xüsusilə Azərbaycana böyük önəm verdiyini deyib. Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.




19:00 / 21.02.2018     Çap et  Çap et