Lider TV

Prezident İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib


Prezident İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Azərbaycan-Niderland dostluq qrupunun sədri Rene Van Der Lindeni qəbul edib. ADA universiteti ilə Niderlandın vaqeninqen universitetinin birgə hazırladığı “Azərbaycanda aqrobiznes imkanlarının masterplanı” adlı layihənin təqdimatının əhəmiyyətinə toxunan Rene Van Der Linden kənd təsərrüfatının Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən olması barədə məlumatlı olduqlarını deyib. Qonaq təqdim olunacaq layihənin gələcəkdə həyata keçirilməsinin Niderland şirkətlərinin Azərbaycana cəlb olunması, onların ölkəmizdə keçirilən caspian agro-beynəlxalq kənd təsərrüfatı sərgisində iştirakı və Azərbaycanın müvafiq təhsil ocaqları ilə əlaqələrin qurulması işinə öz töhfəsini verəcəyini bildirib. Prezident İlham Əliyev layihənin Azərbaycan və niderland şirkətləri arasında fəal əməkdaşlıq üçün geniş imkanlar yaradacağını vurğulayıb. ADA universiteti və ölkəmizin digər təhsil ocaqları ilə yaradılmış əməkdaşlıq əlaqələrinin yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.




19:00 / 21.02.2018     Çap et  Çap et