Lider TV

Aprel döyüşlərində Azərbaycan ordusu qüdrətli gücünü ortaya qoydu


“Aprel döyüşlərində Azərbaycan ordusu qüdrətli gücünü ortaya qoydu, məğlubedilməz Ermənistan ordusu mifi darmadağın edildi”. Bu fikirlər Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi “Heç kim unudulmur, heç nə yaddan çıxmır” adlı tədbirdə səsləndirilib. Bildirilib ki, ermənilər xalqımıza qarşı daim düşmən mövqedə olublar. Müxtəlif illərdə azərbaycanlılara qarşı soyqrım törədilib, ərazilərimiz tutulub. Hadisələr zamanı 20 mindən çox vətandaşımız qətlə yetirilib, 50 mindən artıq insan yaralanıb, bir milyondan çox insan qaçqın və məcburi köçkün düşüb. Həmçinin 2018-ci ilin 1 fevral tarixinə qədər Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasında 3875 nəfər itkin düşmüş şəxsin qeydiyyata alındığı vurğulanıb. Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərin xatirəsi daim əziz tutulacaq.




19:00 / 21.02.2018     Çap et  Çap et