Lider TV

Tibb hüququ sahəsində savadlı kadırlar hazırlanacaq


Bu ildən tibb hüquq sahəsində savadlı kadırların hazırlanmasına başlanılacaq. Yeni ixtisas Bakı Dövlət Universitetinin hüquq fakultəsində tədris olunacaq. Bu həm də günümüzün aktual problemi olan həkim passisent münasibətlərinin gərginləşməsinin qarşısını alacaq. Bunula bağlı artıq hökümətə müraciət olunub. Əksər hallarda klinikalara müracət edən şəxslərin göstərilən xidmətlərdən narazı qaldıqlarını müşahidə edirik. Demək olar ki, bu günümüzün vacib problemlərindən birinə çevrilib. Bu sahədə savadlı kadırların çatışmazlığı vəziyyəti daha da pisləşdirir. Halbuki vətəndaşın əsas konstision hüquqlarından biri də onun sağlamlığının qorunmasıdır. Konstitusiyamızın 41 maddəsində bu öz əksini tapıb. Bəzən əksinə həkimlərin hüquqları kobud şəkildə pozulur. Bu kimi halların qarşısını almaq üçün Bakı Dövlət Universitetinin hüquq fakultəsində tibb hüququ sahəsində mütəxəsislər yetişdiriləcək. Vəkillər kolegiyasıda bu sahədə ixtisaslaşmanın yaxşı nəticələr verəcəyinə əmindir.bu həm vətəndaşların həm də tibb işçilərinin hüquqlarının kefiyyətli qorunması deməkdir. Qeyd edək ki, «Tibb hüququ-Azərbaycanda hüquq elminin yeni sahəsi kimi»mövzusunda konfras keçirilib.tədbirdə çıxış edən hüquq və insan haqları inistitunun direktoru Aytən Mustafayeva bildirib ki, kilinika,həkimlər tərəfindən törədilə biləcək cinayətlərin qarışını almaq,tibb hüququ ilə bağlı normaları öyrənib vətəndaşlara çatdırmaq üçün bizə savadlı həkimlər lazırdır. Qeyd edək ki, tədbirdə həmçinin hüquq və insan haqları inistitutu tərəfindən sözügedən fəliyyət sahəsinin vacibliyi nəzərə alınaraq,hüquq elmində yeni sahə kimi «Tibb hüququ»dərsliyinin də təqdimatı keçirildi.dəslikdə əhalinin sağlamlığının qorunması və tibbi yardımın göstərilməsi ilə bağlı əsas müddüalar və qüvvədə olan səhiyyə qanuvericiliyinin normaları nəzərə alınmaqla, aydın, lokanik və konpakt şəkildə əks etdirilib.




19:00 / 21.02.2018     Çap et  Çap et