Lider TV

Xaçmaz-Xudat yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib


Xaçmaz-Xudat yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Magistralın gödəkli kəndi ərazisindən keçən hissəsində «Vaz 21014» və «Vaz 2106» markalı avtomobillər toqquşub. Qəza zamanı avtomobillərdə olanlar - Xaçmazın Mollaoba kənd sakinləri Rəşad Gəncəliyev, Firuz Hacımuradov, Asiman İsmayılov, Surəyya Qayınbəyova və Həzi Quliyev müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Xaçmaz mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.




19:00 / 21.02.2018     Çap et  Çap et