Lider TV

"Xocalı soyqırımı" kitabının qırğız və rus dillərində çap edilən nəşlərinin təqdimatı keçirilib


Qırğızstanda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun "Xocalı soyqırımı" kitabının qırğız və rus dillərində çap edilən nəşlərinin təqdimatı keçirilib. Mərasimdə ziyalılar, elm adamları iştirak ediblər. Bildirilib ki, dünyanın müxtəlif dillərində nəşr edilən kitabda son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil edilir. 20-ci əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələrə əsasən araşdırılıb.




19:00 / 19.02.2018     Çap et  Çap et