Lider TV

Bakıda İtaliya dizayn günü keçiriləcək


Bakıda İtaliya dizayn günü keçiriləcək. Martın 1-də ikinci dəfədir baş tutacaq tədbirin məqsədi İtaliyanın memarlıq və müasir texnologiyalarını nümayiş etdirməkdir. Bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari İtaliya dizayn həftəsi ilə bağlı keçirilən mətbuat konfransında deyib. Tədbirin İtaliya Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə keçirildiyini söyləyən səfir bildirib ki, İtaliya dizayn günü Bakı ilə yanaşı, dünyanın 100 şəhərində qeyd olunacaq.




19:00 / 16.02.2018     Çap et  Çap et