Lider TV

Prezident İlham Əliyev amerikalı həmkarına başsağlığı məktubu göndərib


Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa başsağlığı məktubu göndərib. Dövlətimizin başçısı Florida ştatının Parklend şəhərində məktəbdə törədilmiş silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndiyini bildirib. Azərbaycan prezidenti bu dəhşətli hadisə ilə əlaqədar ABŞ prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.




19:00 / 15.02.2018     Çap et  Çap et