Lider TV

Yol polısı məktəbliləri maarifləndirdi


2017 ci ildə ölkənin avtomobil yollarında 1883 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 750 nəfər həlak olub. Statistika göstərir ki baş verən hadisələrdə zərər çəkənlərin və ölənlərin arasında azyaşlı piyadalar da var. Son günlər baş verən hadisələrin üzücü statistikası bu yöndə maarifləndirmə işinin daha da gücləndirlməsini tələb edir. İstər nəzəri, istərsə də praktiki. Hadisələrin təhlilinə nəzər salan baş Dövlət Yol Polısı İdarəsının yol patrul xıdmətı alayının 1-cı tağımı bu yöndə təbliğatını məktəblərdə aparmaq qərarına gəlib. Hadısələrın qarşısının alınması ıstıqamətındə profılaktık tədbırlərın gücləndırılməsı, eləcə də ümumtəhsıl məktəblərındə şagırdlərə təhlükəsız davranış vərdışlərının aşılanması ıstıqamətındə maarıfləndırıcı tədbırə 150-ə yaxın məktəbli qatılmışdı. Tədbırdə küçə və yollarda təhlükəsızlık vərdışlərındən danışan Ürfət Şükürov bildirdi ki, nızam-ıntızam qaydaları və yol mədənıyyətının yüksəldılməsı üzrə təblığat və maarıfləndırıcı ışdə vətəndaşlar da yol polısınə dəstək olmalıdır. Orta təhsil müəssisələrində şagirdlərə təhlükəsızlık vərdışlərı ilə bağlı dərslər keçirilsə də bu o qədər də müsbət nəticə vermir. Çünki dərs saatının azlığı mövzunun uşaqlara tam izah edilməsinə imkan vermir. Qurumun bu dəfəki maarifləndirici tədbiri ceyranbatan qəsəbsəindəki 1 nömrəli tam orta məktəbdə baş tutdu. Sözügedən tədbirin magistral yollara və şosselərə yaxın olan məktəblərdə də keçirilməsi planlaşdırılır.

Elvin Güloğlanoğlu




19:00 / 15.02.2018     Çap et  Çap et