Lider TV

Türkiyə telekanalı Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlayıb


Türkiyənin nüfuzlu xəbər kanallarından olan “Ülke TV” Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlayıb. Süjetdə prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının vı qurultayında önəmli fikirlər səsləndirdiyi bildirilir. Qeyd edilir ki, ötən 14 il ərzində Azərbaycan iqtisadi və siyasi sahələrdə böyük inkişafa nail olub. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqeyi ilə bir sıra uğurlar əldə edib. Süjetdə həmçinin dövlət başçısının Azərbaycanın tarixi torpağı, hazırda Ermənistanın paytaxtı olan İrəvana qayıtmağın siyasi və strateji hədəf olduğunu vurğulamasına xüsusi yer ayrılıb və bu, tarixi mesaj kimi qiymətləndirilib. Apreldə keçiriləcək seçiklərdə dövlət başçsısının qələbə qazanacağına böyük inam olduğu vurğulanıb.




19:00 / 14.02.2018     Çap et  Çap et