Lider TV

Prezident İlham Əliyev «Formula-1» qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edib


Prezident İlham Əliyev «Formula-1» qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edib. Görüşdə Azərbaycanda «Formula-1» yarışlarının çox yaxşı təşkil olunduğu və yüksək səviyyədə keçirildiyi vurğulanıb. Qeyd edilib ki, «Formula-1» yarışlarının Azərbaycanda təşkili xeyli sayda insanların paytaxtımızda gedən inkişafla yaxından tanış olması ilə bərabər, eyni zamanda, Azərbaycana turist axınının təmin edilməsi işinə də öz töhfəsini verib. Söhbət zamanı bakıda bu ilin aprel ayında keçiriləcək «Formula-1» yarışları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




19:00 / 13.02.2018     Çap et  Çap et