Lider TV

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 6 il ötür


Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin yaradılmasından 6 il ötür. Xidmət bu illər ərzində qarşıya qoyulan məqsədlərə nail olaraq ciddi uğurlar qazanıb. Əsası milli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün preident İlham Əliyev tərəfindən davam etdirilən ordu quruculuğu siyasəti nəticəsində Silahlı Qüvvələrimiz günü-gündən güclənir. Aparılan məqsədyönlü işlərdən biri də, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin yaradılmasıdır. “Təxris olunmuş hərbiçilərin gəncləri maarifləndirmə” ictimai birliyi xidmətin gördüyü işlərə həsr olunan “Qələbəyə səfərbər ol” sənədli filmi hazırlayıb. Qeyd edək ki, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin əməkdaşları peşə bayramlrı münasibətilə Fəxri xiyabana gələrək milli lider Heydər Əliyev və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər. Məzarları önünə gül dəstələri qoyulub. Şəhidlər xiyabanında torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş vətən oğullarının da məzarı ziyarət olunub. Mərasim xidmətin inzibati binasında davam etdirilib. Xidmət vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənən əməkdaşlar təltif olunub. Həmçinin kütləvi informasiya vasitələri nümayəndələrinə ölkədə ordu quruculuğu sahəsində verdiyi dəstəyə görə mükafatlar təqdim edilib. Lider televiziyasının əməkdaşları da mükafat alanlar arasında olub. Televiziyamızın «Əsgər andı» verlişi vətənpərvərlik hissənin təbliğə verdiyi tövhəyə görə mükafatlandırılıb.

Mehman Davudoğlu




19:00 / 13.02.2018     Çap et  Çap et