Lider TV

İran Ermənistanla əməkdaşlıqdan imtina edib


İran Ermənistanla əməkdaşlıqdan imtina edib. Tehran işğalçı ölkə ilə dəmiryolu layihəsinin inşasına 1 şərtlə razılaşa bilər – gərək bu ölkə investorlar təqdim etsin. Çünki bu sahəyə sərmayələr yatırmaq lazımdır. Siz ilk addımı atın, biz davam edək», - İranın Ermənistandakı səfiri Kazım Səccadi belə deyib. İrəvanda isə artıq əmindirlər ki, Sərkisyan hakimiyyəti ilk addımı ata bilməyəcək. Erməni Milli Konqresinin sədr müavini Aram Manukyan Rusiya mətbuatına açıqlamasında deyib ki, İranın tələbi həqiqətən də məntiqlidir. Və bu tələbin yerinə yetirilməsi çox çətin olacaq. Tehran haqlı olaraq dövlətlərarası infrastukturu ylanız öz pulu hesabına tikmək istəmir. Üstəlik, Ermənistanda investisiya mühiti yox səviyyəsindədir. Manukyan da etiraf edir ki, Ermənistanı bu izolyasiya vəziyyətinə illərdir apardığı işğalçılıq siyasəti salıb.




19:00 / 13.02.2018     Çap et  Çap et