Lider TV

“Quş qripi” yayılan ölkələrdən quş ətinin idxalı dayandırılıb


Azərbaycana “Quş qripi” yayılan ölkələrdən quş ətinin idxalı dayandırılıb. Xüsusən də həmsərhəd ölkə İrandan quş və quşçuluq məhsullarının gətirilməsi qadağan olunub. Bu haqda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti məlumat yayıb. Bildirilir ki, hazırda bu xəstəlik İtaliya, Koreya Respublikası, Konqo, İraq, İran, İngiltərə, Rusiya, Əfqanıstan və Çində daha çox yayılıb. İranda 25 milyona yaxın quş zərərsizləşdirilib. Mərkəz əhalinin və quşçuluq təsərrüfatlarının rəhbərlərini diqqətli olmağa çağırıb. Tövsiyə olunur ki, ev və sənaye quşları qapalı şəraitdə saxlanılsın. Baytarlıq və sanitariya şərtlərinə düzgün əməl edilsin. Dövlət Baytarlıq Nəzarəti Xidmətindən o da bildirilib ki, hazırda “Quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.




19:00 / 13.02.2018     Çap et  Çap et