Lider TV

Azərbaycanla Vatikan arasında əlaqələr inkişaf edir


Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə müqəddəs taxt-tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallagerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Tərəflər Azərbaycanla Vatikan arasında əlaqələrin inkişafından məmnun olduqlarını ifadə edərək bildiriblər ki, Azərbaycan-Vatikan əlaqələrində yeni mərhələyə qədəm qoyulub. Nazir Elmar Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Azərbaycanın haqlı və ədalətli mövqeyi, habelə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına aid maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında məlumat verib. Habelə, Ermənistan tərəfindən Suriyadan olan erməni əsilli qaçqınların qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsinə toxunan nazir bildirib ki, işğal olunmuş ərazilərdə məskunlaşma siyasətin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.




19:00 / 12.02.2018     Çap et  Çap et