Lider TV

11 nəfər əcnəbi saxlanılıb


Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı ümumilikdə 11 nəfər əcnəbi saxlanılıb. Onlardan 7 nəfər Nepal, 3 nəfər Hindistan və 1 nəfər Şri Lanka vətəndaşıdır. Bu barədə «Lider» televiziyasına Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, saxlanılan əcnəbilər Avropaya getmək məqsədi ilə Hindistan vətəndaşı Deepak adlı şəxsə müraciət edib. Sözügedən şəxs onların Azərbaycana göndərilməsini təşkil edib. Araşdırmalar zamanı o da məlum olub ki, Deepak daha 7 nəfər Nepal vətəndaşını Azərbaycanda işlə təmin etmək vədi ilə aldadıb. Və külli miqdarda pul alaraq onları Azərbaycana göndərib.




19:00 / 12.02.2018     Çap et  Çap et