Lider TV

Rəsmi nigahın olmaması hansı problemlərə yol açır?


Bir il ərzində 15 min boşanma faktı, 26 min nigahdan kənar doğulan uşaqlar. Son statistik məlumatlar onu göstərir ki, kəbinlə nigaha girənlərin sayı çoxalır. Halbuki kəbin heç bir hüquqi məsuliyyət yaratmır. Statistika göstərir ki, internat və uşaq evlərində olanların çoxu nigahdankənar doğulan uşaqlardır. Rəsmi nigah kəsdirməyib kəbinlə ailə quran gənclər sağlam olmayan bir ailənin təməlini qoymuş olurlar. Təəssüflər olsun ki, kəbindən sui istifadəetmə halları çoxalıb. Evlilik münasibətləri rəsmi nigahla qanuniləşdirilməlidir ki, sonradan hər hansı münaqişə yaranarsa tərtəflər öz hüquqlarını müdafiə edə bilsinlər. Fakt odur ki, kəbinlə münasibətə girib sonradan hüquqi yardıma möhtac olan kifayət qədər insan var. Rəsmi nigahın olmaması birinci növbədə dünyaya gələn uşaqların hüquqlarının pozulmasıdır. Belə olan halda həmçinin şəxslərin aliment alma, əmlak bölgüsü ilə və digər məsələlərlə bağlı problemləri ortaya çıxır. Hüquqşünaslar deyir ki, nigahla bərabər nigah müqavilələsinin olması da zəriridir. Avropa ölkələrinin təcrübəsinə nəzər salsaq məhz bu müqavilə boşanma hallarında tərəflər arasında sülh yaratmağın ən yaxşı yolu hesab edilir.

Elmira Manaflı




19:00 / 09.02.2018     Çap et  Çap et