Lider TV

Tələbə yol qəzasında həyatını itirib


Astarada tələbə yol qəzasında həyatını itirib. Hadisə rayonun Şahağacı kəndində baş verib. Yolda hərəkətdə olan «Mitsubişi» markalı avtomobilin qarşısına qəflətən uşaq çıxıb. Sürücü azyaşlını vurmamaq üçün avrtomobili kənara çəksə də, qəzadan yayına bilməyib. Avtomobil yol kənarındakı ağaca çırpılıb. Nəticədə sərnişinlər 18 yaşlı Sahil Rüstəmov və onun həmyaşdı Ağamoğlan Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı Lənkəran mərkəzi rayon xəstəxanasına çatdırılsa da, onlardan birinin - Sahil Rüstəmovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. Fikrət Cabbarovun vəziyətinin isə ağır olduğu bildirilir. Qeyd edək ki, Sahil Rüstəmov evin tək oğul övladı olub. Onun Bakıdakı universitetlərdən birinin tələbəsi olduğu bildirilir.




19:00 / 09.02.2018     Çap et  Çap et