Lider TV

Quba-İspik-Xınalıq yolunda son günlər təhlükəli vəziyyət yaranıb


Quba-İspik-Xınalıq yolunda son günlər təhlükəli vəziyyət yaranıb. Yolun 29-cu kilometrliyindən 53-cu kilometrliyinə kimi 6 yerdə torpaq sürüşmələri və çökmələr aktivləşib. Ən intensiv sürüşmə prosesi isə 38-ci kilometrlikdə qeydə alınıb. Nəticədə yolun hərəkət hissəsi cəmi 2 metrdən bir az artıq qalıb. Yol bağlanmasa da, dar ərazi ilə nəqliyyatın hərəkəti təhlükə doğurur.




19:00 / 08.02.2018     Çap et  Çap et