Lider TV

Türkiyə Vatikana öz narazılığını bildirib


Türkiyə qondarma “erməni soyqırımı” ilə bağlı ermənilərin iddiaları ilə əlaqədar Vatikana öz narazılığını bildirib. Bunu vatikana səfərinin yekununda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, “Papa Fransisk “erməni soyqırımı” ilə bağlı Türkiyənin mövqeyi ilə həmrəydir”. Bu arada Papa Fransiskin Vatikana səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hörmətsizlik etdiyi iddia edilir. Verilən məlumata görə, son 59 ildə Vatikana səfər edən ilk Türkiyə prezidenti kimi tarixə düşən Ərdoğanın Papa Fransisk ilə görüşü 1 saatdan çox davam edib. Türkiyə mətbuatında yayılan xəbərlərdə iddia olunur ki, görüş zamanı papa Fransisk Ərdoğanın stulunu öz stulundan alçaq qoyub. Bunu görən Ərdoğan sərt reaksiya verib. O, dərhal stulun dəyişdirilməsini və papa Fransiskin stulu ilə eyni səviyyədə qoyulmasını tələb edib. Stul dəyişdirilib və papa Fransiskin yanına qoyulub.




19:00 / 06.02.2018     Çap et  Çap et