Lider TV

Görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi qeyd olunur.


Görkəmli Azərbaycan bəstəkarı, pedaqoq, SSRI xalq artisti Qara Qarayevin doğum günüdür. Ölkə başçısısnın sərəncamına əsəsən sənətkarın anadan olmasının 100 illik yubileyi təntənəli şəkildə qeyd olunur. O, xalqımızın bəşər mədəniyyətinə bəxş etdiyi özünəməxsus nadir fitri istedada malik şəxsiyyətlərdəndir. Dahi Üzeyir bəyin davamçısı olan Qara Qarayev çox sayda monumental əsərlərin müəllifidir. Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda dünyaya gəlib. Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr bəxş edən bəstəkar, milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açıb. Onun hər bir əsərinin premyerası musiqi həyatımızın xüsusi hadisəsinə, bayramına çevrilib, mədəni həyatımızda bir dönüş yaradıb. Onun yaratdığı əsərlərdə həm də fəlsəfi düşüncəni görmək mümükündür. İnsan və zaman haqqında əsrsəyə gətirdiyi sənət nümunələri hər kəsi kamilliyə çağırır. Qara Qarayev 1982-ci il mayın 13-də Moskva şəhərində dünyasını dəyişib, Bakıda Fəxri xiyabanda dəfn olunub.

Günel Səfərli




19:00 / 05.02.2018     Çap et  Çap et