Lider TV

Nəsimi də yanğın, Abşeronda isə partlayış baş verdi


Səhər saatlarında şəhərin müxtəlif ərazilərində yanğın və partlayış baş verib. Hadisələr zamanı xəsarət alanlar olmasada yaşayış sahələrinə və ətraf ərazilərə ciddi ziyan dəyib. Səhər saatlarında Nəsimi rayonu Salatın Əsgərov küçəsində Rus Provoslav Kilsəsinə məxsus 2 mərtəbəli xidməti binada yanğın baş verib. Dərhal hadisə yerinə Nəsimi rayonu yanğında mühafizə xidmətinin əməkdaşları və Bakı qarnizonunun texnikaları cəlb olunub. Binanın əksər hissəsi taxta kansturiksiyadan ibarət olduğu üçün yanğının söndürülməsidə çətinliklər yaranıb. 450 kvadrat metrirlik ərazinin 150 kvadrat metri tamami ilə yanıb.yanğının digər binalara keçməsinin qarışı alınıb. Abşeron rayon gənclər şəhərciyində 32-ci blok 6-cı mərtəbədə isə partlayış baş verib. Qəza zamanı mənzilin eyvanı tamami ilə uçaraq həyətdə park edilən avtomobillərin üzərinə tökülüb. Qeyd edək ki, hər iki hadisə zamanı xəsarət alan olmayıb.




19:00 / 05.02.2018     Çap et  Çap et