Lider TV

Uçan körpü yenidən qurulur


Ötən ilin oktyabrında Lənkəranın Əşlə kəndində daşqın səbəbindən Vazaru çayı üzərində uçan körpü yenidən qurulur. Uzunluğu 40, eni 4,5 metr olan dəmir-beton konstruksiyalı yeni körpünün yükgötürmə qabiliyyəti 50 tondur. Çay məcrasında körpüyə dəmir-beton bünövrə tökülüb. Bünövrəyə əlavə dəmir borular qoyulmaqla yeni dayaqlar inşa olunub və körpünün altından aşırım tirlərinə bərkidilib. Bu da bünövrənin sel daşqınlarında sıradan çıxmasının qarşısını alacaq.




19:00 / 05.02.2018     Çap et  Çap et