Lider TV

Ağdaşda məscid yanıb


Ağdaşda məscid yanıb. Hadisə ötən gecə saat 1:30 radələrində rayonun Güvəkənd kəndində qeydə alınıb. Ümumi sahəsi 180 kvadratmetr olan məscidin yanar konstruksiyaları və içərisindəki kitablar, xalçalar, müxtəlif əşyalar yanaraq külə dönüb. Kənd sakinləri yanğından gec xəbər tutduqları üçün məsciddən heç nə çıxara bilməyiblər. Hadisə yerinə Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Məsciddə istilik sistemi yoxdur və içərinin isidilməsi üçün odun sobasından istifadə edilir. İlkin ehtimala görə, hadisəyə elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.




19:00 / 02.02.2018     Çap et  Çap et