Lider TV

Şaxta sitrus bağlarına ziyan vurub


Son bir neçə gündür havaların şaxtalı keçməsi cənub bölgəsində fəsadsız ötüşməyib. Sitrus bağları zərər görüb. Təsərrüfat sahibləri deyirlər ki, hava ötən ayın son on gününədək mülayim keçdiyindən sitrus ağaclarını politelin örtük və ya digər vasitələrlə mühafizə etməyə ehtiyac görməyiblər. Lakin temperaturun kəskin aşağı düşməsi onların işini çətinə salıb. Astara rayonunun bəzi ərazilərində şaxtanın vurduğu ağacların yarpaqları tökülüb. Əsasən soyuğa davamsız narıngi, limon, portağal və kinkan ağacları ziyan çəkib. Bağ sahiblərinin sözlərinə görə, gecə saatlarında temperaturun mənfi 6-7 dərəcəyədək enməsi yeni pöhrələrin inkişafını ləngidir. Fermerlərin əsas narahatlığı isə fervral ayı ilə bağlıdır. Çünki bu ay şaxtalar çox olarsa, ağacların bir qədər də ziyan görmə ehtimalı var.

Elman Əliyev




19:00 / 01.02.2018     Çap et  Çap et