Lider TV

Partlayış nəticəsində xəsarət alan şəxs dünyasını dəyişib


Yanvarın 27-də paytaxtın Dilarə Əliyeva küçəsi -18 ünvanında baş verən partlayış nəticəsində xəsarət alan şəxs dünyasını dəyişib. Bu barədə Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov məlumat verib. Baş həkimin sözlərinə görə 1961-ci il təvəlüdlü Mahmudov Zahid Şükür oğlunun bədəninin 90 faizi yanmış vəziyyətdə olub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Xatırldadaq ki, yanğınla nəticələnən partlayış nəticəsində binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 500 kvadrat metr olan mağazaya ciddi ziyan dəyib.




19:00 / 31.01.2018     Çap et  Çap et