Lider TV

Sərhəd pozucuları saxlanılıb


Sərhəd gözətçi gəmisi Xəzər dənizinin Astara rayonu istiqamətində kustar üsulla düzəldilmiş işarəverici üzücü nişan müşahidə edib. Ona baxış zamanı bir ədəd bağlamada 980 qram marixuana, 1 415 qram həşiş aşkar olunub. Yanvarın 26-da isə sərhəd gözətçi gəmisi tərəfindən sahildən 6,6 mil məsafədə 2 bağlamanın içində ümumi çəkisi 2,9 kiloqram tiryək, 550 qram heroin və 100 qram metafitamin aşkar olunub. Bununla yanaşı “Şaxtaxtı” sərhəd nəzarət məntəqəsində İranın saxta vizaları ilə ölkəmizdən İrana keçmək istəyən 7 nəfər Özbəkistan vətəndaşı saxlanılaraq Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.




19:00 / 30.01.2018     Çap et  Çap et