Lider TV

Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlara apreldə yenidən başlayacağıq


"Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlara apreldə yenidən başlayacağıq". Avropa Şurası Parlament Assambleyasının təşkilata üzv ölkələr arasında münaqişələr üzrə alt komitəsinin sədri Stefan Şennak belə deyib. Bildirib ki, AŞPA-nın alt komitəsi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan müzakirələrdə hələlik fasilə yaranıb. Və yaxın aylarda Dağlıq Qarabağ münaqişəsi gündəlikdə deyil. O, buna səbəb kimi alt komitənin Dnestryanı münaqişəsi ilə sıx və fəal şəkildə məşğul olmasını göstərib. Lakin Dağlıq Qarabağ münaqişəsilə bağlı apreldə yenidən danışıqların başlayacağını deyib.




19:00 / 24.01.2018     Çap et  Çap et