Lider TV

Təmas xəttində monitorinq keçirilib


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin Ağdamın Sarıcalı kəndi istiqamətində növbəti monitorinq keçirilib. Azərbaycan tərəfdən monitorinqi aparan beynəlxalq müşahidəçilər, Gennadi Petrika və Saymon Tiller prosesdən əvvəl Ağdam rayon icra hakimiyyətində olublar. Rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyevlə görüşdə ATƏT nümayəndələrinə bildirilib ki, ermənilər 9 avqust tarixindən bu günədək Ağdamın cəbhəyanı yaşayış məntəqələrini 435 dəfə atəşə tutublar. Görüşdən sonra beynəlxalq müşahidəçilər Müdafiə Nazirliyinin yüksək çinli hərbiçilərinin nəzarəti altında qoşunların təmas xəttində müşahidə aparıblar. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, monitorinq insidentsiz başa çatıb.




19:00 / 16.01.2018     Çap et  Çap et