Lider TV

Yaşayış evi yanıb


Bərdədə yaşayış evinin yanması nəticəsində 6 yaşlı qız ölüb, anası isə ağır yanıq xəsarəti alıb. Hadisə rayonunun Güloğlular kəndində, sahəsi 44 kvadratmetr olan ikiotaqlı yarımtikilidə qeydə alınıb. Yanğın zaman 27 yaşlı Zümrüd Novruzova və iki övladı evdə olub. Hadisə yerinə cəlb olunan yanğından mühafizə xidmətinin əməkdaşları alovu söndürdükdən sonra evdən 2012-ci il təvəllüdlü Novruzova Ruqiyyə Samir qızının yanmış cəsədini aşkar ediblər. Onun anası Zümrüd Novruzova isə yanıq xəsarətləri ilə Bərdə şəhər mərkəzi xəstəxanasına aparılıb.




19:00 / 15.01.2018     Çap et  Çap et