Lider TV

Meyvə bağı bir gecədə məhv edilib


Tovuz sakininin meyvə bağı bir gecədə məhv edilib. Rayonun Cəlilli kəndində yaşayan Novruzəli Fərzəliyevin 42 sot sahədə saldığı xurma bağı naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Bağda olan 400-dən çox xurma tinginin hamısı dibindən baltalanıb. 4 il əvvəl əkilən ağaclar bu il artıq bar verməli idi. Zərərçəkən hadisə ilə bağlı polisə məlumat verib. Fakt araşdırılır.




19:00 / 11.01.2018     Çap et  Çap et