Lider TV

Sabirabadda zəncirvari yol qəzası baş verib


Sabirabadda zəncirvari yol qəzası baş verib. Hadisə Hacıqabul-Bəhrəmtəpə avtomagistralının Nərimankənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mersedes" markalı avtombilin qarşısına inək çıxması səbəbindən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə "Ford" markalı avtomobillə, sonra isə başqa bir "Mersedes"lə toqquşub. Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar - Bakı şəhər sakinləri, 49 yaşlı Akif Məmmədov və onun həyat yoldaşı, 33 yaşlı Nərmin Hüseynova Sabirabad rayon mərkəzi xəstəxanasına, Sabirabad sakini, 31 yaşlı Nicat Əhmədov isə Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb.




21:00 / 08.01.2018     Çap et  Çap et