Lider TV

Sahibkarlara 8,8 milyon manat güzəştli kredit verilib


Suraxanı rayonunda sahibkarlara 8,8 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən aqropark, istixana kompleksinin yaradılması, heyvandarlıq, və digər sahələrə yönəldiləcək. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2018 ci ilin prioritet sahələrini də açıqlayıb. 2018 ci ildə geri qayıdan vəsaitlər hesabına 170 milyon manata qədər güzəştli kreditin verilməsi planlaşdırılır. Növbəti ilin prioritet sahələrinə əsasən ət, süd istehsalı və emalı sahələrinin yaradılması, tərəvəzçiliyin, sənaye müəssisələrinin inkişafı və kiçik sahibkarlığın maliyyələşdirilməsi daxildir. Bu sahələrin maliyyələşdirilməsi üçün daha 2 bankla əməkdaşlığa başlanacaq. 2018 ci ilin prioritet sahələrindən sayılan aqroparklar işə düşdükdən sonra 600 milyon manata qədər aqrar sektorda yeni dəyər yaranacaq. Bu da üdm-də kənd təsərrüfatının payının 10 % artması deməkdir. 2017 ci ildə Sahibkarlığa Kömək Milli Fondu geri qaytarılan vəsaitlər hesabına 1953 sahibkara ümumui dəyəri 635 milyon manat olan layihələrin maliyyələşdirilməsinə 146 milyon manat güzəştli kredit verilib. Bu layihələr hesabına 7 minə qədər iş yeri yaradılıb.

Zümrüd ibrahimova




21:00 / 27.12.2017     Çap et  Çap et